Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir. Bu Çərçivədə, Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş Prokuroru Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Baş Prokurorluqdan bildirilibi ki, sentyabrın 23-də Baş prokuror Kamran Əliyev Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Baş prokuror görüşdə ölkələrimiz arasında Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman, yəni 1995-ci ildən diplomatik əlaqələrin qurulmasını, həmin vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələrin müvəffəqiyyətlə davam etdirilməsini, hazırda da dövlət başçılarımız arasındakı yaxşı münasibətlərin olmasını və bunun qarşılıqlı əlaqələrin bütün sahələrinə özünün müsbət təsirini göstərməsini vurğulayıb.
Ötən ilin sentyabr ayında Şərq İqtisadi Forumu çərçivəsində Laoslu həmkarı ilə aralarında keçirilmiş ikitərəfli görüşü xatırladan Baş prokuror həmin görüşdə müzakirə edilmiş əməkdaşlıq perspektivlərinin prokurorluqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini qeyd edib.
Bundan başqa görüşdə Azərbaycanda həyata keçirilən hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində operativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan Elektron Prokurorluq İnformasiya Sistemi (EPIS) barədə məlumat verilib.
Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş Prokuroru Saysana Kotputan çıxışında səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək təmsil etdiyi qurumun Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, səfərin əlaqələrin gələcəkdə də inkişaf etidirilməsi, eyni zamanda ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.
Tərəflər həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraq hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində tərəfləri maraqlandıran bir sıra digər məsələləri müzakirə ediblər.
Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.






Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb