"Xalq Bank" XalqOnline mobil və internet bankçılıq sistemində investisiya xidmətini müştərilər üçün əlçatan edib. "XalqOnline" istifadəçiləri olan fiziki və hüquqi şəxslər mobil tətbiq vasitəsilə investisiya imkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəli çıxış əldə edəcəklər.
Xidmətdən yararlanmaqla müştərilər investisiya hesabı açaraq Bakı Fond Birjası tərəfindən daxili bazar üçün təqdim olunan qiymətli kağızların alqı-satqısını həyata keçirə və invesitiya portfellərini mobil tətbiq üzərindən rahatlıqla idarə edə bilərlər. Çevik idarəetmə paneli ilə istifadəçi ilkin və təkrar bazarda satılan qiymətli kağızlar və məlumatları ilə tanış olub alışı icra edə bilir. Eyni zamanda istifadəçi müvafiq bölmədə öz mövcud qiymətli kağız portfelini izləyərək istədiyi qiymətli kağızları satmaq üçün əməliyyatı reallaşdıra bilər.
"XalqOnline" vasitəsilə investisiya xidməti ilə aşağıdakı üstünlükləri təqdim edir:
Rəqəmsal və asan qeydiyyat prosesi - istifadəçilər XalqOnline tətbiqinə daxil olmaqla rahatlıqla qeydiyyatdan keçə və investisiya hesabı aça bilərlər.
Real vaxt rejimi – istifadəçilər bazardakı qiymət təkliflərini real vaxtda izləyərək əməliyyatları dərhal icra edə bilərlər.
Etibarlı və təhlükəsiz əməliyyat mühiti - "XalqOnline" tətbiqində ən yüksək təhlükəsizlik tədbirləri təmin edilir və müştərilərin maliyyə məlumatları və əməliyyatları tam şəkildə qorunur.
Tam inteqrasiya olunmuş investisiya platforması - bütün əməliyyatlar bir platforma üzərindən idarə olunur. Bu, istifadəçilərə investisiya, alqı-satqı və portfel idarəetməsini asanlıqla reallaşdırmağa imkan verir.
Müasir və funksional "XalqOnline" mobil tətbiqi hər kəs üçün əlçatandır — tətbiqi “App Store”, və ya “Google Play” platformalarından yükləmək mümkündür.
Xatırladaq ki, "Xalq Bank" Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bankdır.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.


Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?