lider-media.az

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Prezidenti ilə görüşüb

Baxış: 32157 Tarix: 24-09-2025, 09:55

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Prezidenti ilə görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü olub.

Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Aleksandr Stubb Finlandiyanın regionda sülhü daim dəstəklədiyini qeyd etdi.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı məhz Finlandiyanın ATƏT-ə sədrliyi dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərarın qəbul edildiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın sülh dövrünə qədəm qoyduqlarını qeyd etdi.

Söhbət zamanı sülh gündəliyinin irəli aparılması üçün birgə səylərin vacibliyi vurğulandı.

Görüşdə Azərbaycanla Finlandiya arasında ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi