lider-media.az

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb

Baxış: 3176 Tarix: 24-09-2025, 09:42

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. İraq Prezidenti dövlətimizin başçısına Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanması münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi və Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini dedi. Dövlətimizin başçısı Vaşinqtonda nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğuladı.

Söhbət zamanı İraq Prezidentinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla xatırlandı.

Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın roluna toxunuldu, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi