Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.
Təmir olunan küçə və prospektlərin ümumi sahəsi 1 milyon kvadratmetrdən çoxdur. Ümumilikdə dövlət başçısının sərəncamları əsasında 76 küçə və prospektdə təmir işləri aparılır.
Layihə çərçivəsində köhnə asfalt-beton örtüyü sökülüb, zəruri sahələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və optimal qırmadaş, qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilib. Bu mərhələlərin tamamlandığı küçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur və bu işlər artıq yekunlaşmaq üzrədir.
Eyni zamanda, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni səkilər inşa edilib və kənarlarına səki daşları düzülüb.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq, təmir olunan ərazilər boyunca yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqları layihə hündürlüyünə qaldırılıb və yenilənib. Bununla da müasir yol infrastrukturu formalaşdırılır.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, əvvəlcədən tərtib olunmuş iş qrafikinə uyğun şəkildə həyata keçirilir. Layihənin vaxtında və keyfiyyətlə tamamlanması üçün ərazilərə zəruri sayda texnika və canlı qüvvə cəlb olunub.
Ümumilikdə, Gəncə şəhərində yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində həyata keçirilən təmir-tikinti işləri, vətəndaşların təhlükəsiz və komfortlu hərəkətini təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...









Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Gəncə şəhərinin daxili yollarının əsaslı təmiri işləri davam etdirilir VİDEO/FOTO
Türkiyə yarım ildə 25,8 milyon xarici turist qəbul edib
Sosial məzuniyyət kimlərə şamil edilir?
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olu
"Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb
Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Mərkəzi Bank bu il və gələn il üçün neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Ağdamın yeni nəslinin nəfəsi
Avqustun 1-də gözlənilən hava şəraiti
Sağlamlıq üçün təbiətin gücü - Təbii müalicə üsulları haqqında Səhiyyə Nazirliyinin mütəxəssisinin izahı
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan nefti bu gün də bahalaşdı
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması