lider-media.az

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində tədbirlər davam edir

Baxış: 21176 Tarix: 23-09-2025, 11:06

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, idarənin təşkilatçılığı ilə həyata keçirilən görüşdə yol hərəkəti qaydalarının əhəmiyyəti, piyada və sürücülərin məsuliyyəti, yollarda təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi barədə təhsilalanlara ətraflı məlumat verilib. Bu sahədə bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi üçün müxtəlif metodiki vəsaitlərdən, audiovizual materiallardan istifadə olunub.

BDYPİ xüsusilə vətəndaş cəmiyyəti institutlarını “Diqqət, uşaqlar!” aylığına töhfə verməyə çağırır və bir daha xatırladır ki, yol hərəkəti qaydalarının uşaq və yeniyetmələrə aşılanması və bu qaydaların onların gündəlik həyat tərzinə çevrilməsi gələcəkdə təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi