lider-media.az

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb

Baxış: 38220 Tarix: 23-09-2025, 10:31

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.

Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Blackstone” 1985-ci ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda “Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət London, Honkonq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla dünyanın 27 şəhərində fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi