lider-media.az

Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

Baxış: 28107 Tarix: 20-09-2025, 10:18

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, sentyabrın 19-da Azərbaycan Ordusunda vətənpərvərlik nümunələrinin təbliği, şəxsi heyət arasında mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. 
Silsilə tədbirlər zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə və antiterror əməliyyatına həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.
Mərasimlərdə çıxış edənlər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatını Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya adlandıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə qeyd ediblər.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun keçirdiyi uğurlu antiterror əməliyyatının tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə konstitusiya quruluşunun və dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması xüsusi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi