lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Senatının sədri ilə görüşüb

Baxış: 212 Tarix: 20-09-2025, 10:05

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Senatının sədri Avanq Bemi Bin Avanq Ali Basah ilə görüşüb.Ölkələrimiz və parlamentlərimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirən Senatın sədri, Azərbaycan parlamentinin spikerinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını qeyd edib. O, parlamentlərimizin AİPA kimi beynəlxalq parlamentlərarası əməkdaşlıq platformalarında birgə fəaliyyətini yüksək qiymətləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının əhəmiyyəti, parlamentarilərimizin  beynəlxalq təşkilatlarda əməkdaşlığı, insanları narahat edən problemlərin həllində parlamentlərin rolu barədə fikirlərini bildirib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, beynəlxalq platformalarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib.

Milli Məclisin spikeri Azərbaycanın son illərdə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər barədə söz açaraq, hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi