lider-media.az

Yol polisindən sürücülərə xəbərdarlıq - Bu maşınlarla yola çıxmayın

Baxış: 21123 Tarix: 19-09-2025, 09:35

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Müraciətdə deyilir ki, nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır.

"Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.

Təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur. Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır", - müraciətdə qeyd edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir. Hər bir sürücü avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli, təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir",- deyə müraciətdə qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi