lider-media.az

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

Baxış: 302 Tarix: 11-05-2024, 21:47

Lider-media.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Orduxan Qəhrəmanzadə mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ümummilli Liderin Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyduğunu bildirərək, bu sahəyə ayırdığı xüsusi diqqətdən bəhs edib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) baş katibi Vüqar Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev proqramın məqsədinin Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək və vətənpərvərlik hisslərinin aşılanması olduğunu vurğulayıblar.

Sonra Ümummilli Liderin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Bədii proqramda Xalq artistləri Niyaməddin Musayev, Zabit Nəbizadə və “DÖNGƏ” qrupunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin sevdiyi milli musiqilərimizdən ibarət ifaları səsləndiriblər.

Həmçinin “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin və “Gənc Könüllülər” İctimai Birliyinin istedadlı könüllüləri musiqi və rəqs nömrələri ilə çıxış edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi