lider-media.az

“Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüş

Baxış: 1 Tarix: 18-09-2025, 11:23

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Türkiyə ilə tekstil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Türkiyənin "Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş." şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə şirkətin mövcud fəaliyyəti barədə məlumat verilib, tekstil istehsalı layihəsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə təşəbbüslər Azərbaycanda tekstil sənayesinin rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Qeyd olunub ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, eləcə də şirkətin təcrübəsi, yüksək texnoloji istehsal infrastrukturu və beynəlxalq ticarət əlaqələri Azərbaycanda da bu sahəyə investisiya qoyuluşları üçün geniş imkanlar açır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi