lider-media.az

Yevlax şəhərində yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir 

Baxış: 21126 Tarix: 18-09-2025, 11:02


Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.

Keçidin eni 5 metr, hündürlüyü 3,2 metr, ümumi uzunluğu isə 47 metr təşkil edir. Bu uzunluğun 37 metri qapalı şəkildə layihələndirilib.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədən təsdiq olunmuş iş qrafikinə əsasən aparılır. Layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması məqsədilə əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.

Yeraltı piyada keçidinin inşası, vətəndaşların magistral avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin edəcək.

YOLUNUZ AÇIQ OLSUN...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi