lider-media.az

Aqrar sığorta eksperti imtahanında iştirak üçün qeydiyyat müddəti uzadılıb

Baxış: 2186 Tarix: 17-09-2025, 13:10

Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təşkil olunan test imtahanına qeydiyyat müddəti uzadılıb.

Qeydiyyat prosesi 1 sentyabr saat 12:00-dan başlayıb və 24 sentyabr saat 18:00-dək davam edəcək. İmtahan 29 sentyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küçəsi, 50) kompüter vasitəsilə elektron formada keçiriləcək.

Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Aqrar sığorta eksperti təlimlərində əvvəlki illərdə iştirak edən, lakin müəyyən səbəblərdən imtahana qatılmayan və ya imtahandan keçməyən bütün namizədlər 29 sentyabrda keçiriləcək imtahanda iştirak edə bilərlər. Təlim iştirakçıları qeydiyyatla bağlı əlavə məlumat üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və ya (055) 500 84 23 nömrəsinə müraciət edə bilərlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra (əvvəl kabineti olmayanlar üçün) həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan məbləği əlavə etməli və qeydiyyatı tamamlamalıdırlar. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi vəsait geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplana biləcək ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunurlar və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı verilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi