lider-media.az

Yevlax, Gəncə, Qazax, Kəlbəcər, Ağdərə və Xocalıda icra edilən yol layihələrinə baxış keçirilib

Baxış: 21260 Tarix: 17-09-2025, 12:52


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrasıyla əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yevlax və Gəncə şəhərlərində, Qazax rayonunda, eləcə də işğaldan azad olunmuş Kəlbəcər, Ağdərə və Xocalı rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrinin gedişi ilə yerində tanış olub.

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan ərazilərdə yol infrastrukturunun yenidən qurulması və inkişafı üzrə layihələrin icrası fasiləsiz şəkildə davam etdirilir. Bu məqsədlə ərazilərə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Saleh Məmmədov sözügedən avtomobil yollarına baxış zamanı layihələrin “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, yüksək keyfiyyətlə və vaxtında tamamlanmasının vacibliyini vurğulayıb, bu istiqamətdə müvafiq tövsiyə və tapşırıqlarını verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi