lider-media.az

BDYPİ yağıntılı hava ilə bağlı - Müraciəti

Baxış: 21147 Tarix: 17-09-2025, 09:24

bdypi-yagintili-hava-ile-bagli

Yağıntılı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

Lider-Media.az xəbər verir ki, müraciətdə deyilir:

“Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli, sürət həddini hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmalı, piyada keçidlərinə yaxınlaşarkən xüsusilə diqqətli olmalıdırlar”.

Həmçinin, piyadalara xatırladılır ki, yalnız təyin olunmuş piyada keçidlərindən istifadə etməli, yağışlı havada sürücülərin görmə imkanlarının məhdud ola biləcəyini nəzərə alaraq daha diqqətli davranmalıdırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi