lider-media.az

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Vətən müharibəsi qazilərinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

Baxış: 21190 Tarix: 15-09-2025, 16:16

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bir qrup 44 günlük Vətən müharibəsi qazisinin övladına məktəb ləvazimatları hədiyyə edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov adından şagirdlərə yeni dərs ilində uğurlar arzulayan Təşkilat şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, dövlətimizin şəhid ailələri və müharibə veteranlarına olan qayğısından danışıb. Polkovnik Nadir İsmayılov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatı da öz növbəsində şəhid ailələri və veteranları tez-tez yad edir, öz imkanı daxilində həssas kateqoriyadan olan ailələrə dəstək göstərir. Bu dəstəyin bundan sonra da davam edəcəyini  bildirən Nadir İsmayılov, veteranlara diqqət və qayğı göstərməyin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.

 


2025-09-15 15:28:44
8 baxış


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi