Bəzən bir insan bir əsrin yükünü çiyinlərində daşıyır. Sanki tarix onun nəfəsində danışır, zaman isə onun gözlərində qərar tutur. Belə insanlar nadir doğulur. Onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilirlər. Onlardan biri də şəfqətin səngərində, mübarizənin meydanında, ön cəbhədə sübuta yetirən, ləyaqətin cəmiyyətdə rəmzinə çevrilən Fatma Hüseyn qızı Səttarovadır.
Fatma Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdu. Ailənin tək övladı idi. 1940-cı ildə Bakı Tibb Texnikumunu bitirmişdi. Cəmi bir il sonra 1941-ci ilin yanvarında ailə həyatı qurmuş, lakin bu xoşbəxtliyin ömrü cəmi beş ay sürmüşdü. İyun ayında İkinci Dünya müharibəsi başlandı. Fatma xanım 18 yaşında olmasına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Faşizm üzərində qələbə üçün ölümə çarpışmaqdan belə çəkinmədi.Bu gənc qadın ön xəttdə şəfqət bacısı kimi xidmət göstərməyə başladı. Moskova uğrunda gedən mübarizə ilə qəhrəmanlıq tarixi yaradan Fatma xanım Səngərlərdə yaralı əsgərləri ölümün pəncəsindən xilas edir, həyatla ölüm arasındakı sərhəddə ümid paylayırdı. Leninqradın mühasirəsi zamanı Ladoqa gölünün üzərində salınmış məşhur “Həyat yolu”ndan keçərək döyüş bölgələrinə ərzaq və dərman daşıyır, yaralıları təhlükədən uzaqlaşdırırdı. Göydən bombaların yağdığı anlarda belə insanlıq və mərhəmət hissini itirmədi. Müharibə onu əymədi əksinə, daha da möhkəmləndirdi. O, Berlinə qədər döyüş yolu keçdi. Lakin 1945-ci ilin əvvəllərində Macarıstanda xəstələndi və ordudan tərxis olundu. Yaralı əsgərlərlə dolu eşalonu müşayiət edərək Bakıya döndü. Üç ay sonra isə böyük Qələbə elan olundu. Fatma Səttarovanın həyatında müharibədən sonra yeni səhifə açıldı. Tibb sahəsini tərk edərək Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil aldı. Sonrakı illərdə müxtəlif dövlət qurumlarında çalışdı. Amma onun ən böyük vəzifəsi xalqa və Vətənə xidmət idi. İctimai fəaliyyətə qoşulan Fatma xanım Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında çalışmağa başlamış və 2021-ci ildə bu qurumun sədri təyin olunmuşdu. Bu vəzifədə o, bütün veteranlar üçün çalışırdı. Onların sosial rifahı, mənzil və tibbi təminatı kimi məsələlərin həllində fəal mövqe tutdu. Məktəblərdə və hərbi hissələrdə gənclərlə görüşlər keçirərək vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verdi. Fatma xanımın rəhbərliyi dövründə təşkilat nəfəs alan bir ailəyə çevrilmişdi. Bu ailənin hər bir üzvü bu gün Fatma xanımı dərin minnətdarlıqla xatırlayır. Onun adı çəkiləndə yalnız keçmiş yada düşümür, həm də gələcəyin yol xəritəsi göz önündə canlanır.
Fatma Səttarovanın həyat yolu dövlət rəhbərləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev onunla bir neçə dəfə görüşmüş, xatirələrini dinləmiş, onu “Azərbaycanın qəhrəman qızı” adlandırmışdı. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə bir çox tədbirlərdə fəxri qonaq kimi iştirak etmiş, onların təşəbbüsü ilə keçirilən layihələrdə fəallıq göstərmişdir. Prezident İlham Əliyev onun haqqında belə demişdi: “Fatma Səttarova kimi insanlar bizim milli sərvətimizdir.” 2021-ci ilin 9 may tarixində onun şərəfinə Silahlı Qüvvələrin Fəxri Qaraulu düzülmüş, 2022-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunmuşdu. Eyni zamanda, “Qələbənin 75 illiyi”, “Vətənin fəxri” və “Veteran Həmrəyliyi” medallarına layiq görülmüşdü. Fatma xanım 14 sentyabr 2024-cü ildə vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu. Ömür yolu ilə nəsillərə örnək olan Fatma xanımın yoxluğu Təşkilatımızın üzvləri üçün ağır bir itki oldu. Onun məzarı bu gün veteranların əziz xatirəsinin yaşadılacağı bir and yerinə çevrilib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərərək ona olan yüksək ehtiramlarını ifadə etmişdilər. İndi isə Təşkilat olaraq deyirik: “Nur içində yat, Fatma xanım. Allah sənə rəhmət eləsin. Biz səni heç zaman unutmayacağıq. Sən bizim yaddaşımızda, dualarımızda yaşayacaqsan. Vətənə və xalqa etdiyin xidmətlər daim xatırlanacaq, adın nəsillərdən nəsillərə ötürüləcək. Ruhun şad olsun!
Polkovnik Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb