lider-media.az

Vəkillərə “Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrası xüsusiyyətləri. Ədliyyə Nazirliyi Probasiya xidmətinin bu sahədə fəaliyyət istiqamətləri” mövzusunda təlim

Baxış: 21246 Tarix: 15-09-2025, 12:05

Sentyabrın 13-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrası xüsusiyyətləri. Ədliyyə Nazirliyi Probasiya xidmətinin bu sahədə fəaliyyət istiqamətləri” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun hüquqi əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.


Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Natiq Əliyev məhkəmə qərarlarının icrasında probasiya orqanlarının rolu, cəzadan yayınmanın qarşısının alınmasında probasiya nəzarətinin effektivliyi, o cümlədən alternativ cəzaların icrasında rəqəmsal nəzarət alətləri, azadlıqdan məhrum olunmayan şəxslərin islahı üzrə işlər, alternativ cəzaların icrasında dövlət nəzarəti mexanizmləri və digər məsələlər barədə ətraflı çıxış edib.


Təlimçi tərəfindən praktikada olan müxtəlif məsələlər müzakirə olunub, vəkilləri maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, təlimdə 54 vəkil iştirak edib.


 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi