Bilik Günü ərəfəsində Naxçıvanda aztəminatlı ailələrdən, o cümlədən valideynlərini itirən və valideyn himayəsindən məhrum olan, təkvalideynli, sağlamlıq imkanları məhdud, qazi və çoxuşaqlı ailələrin övladlarına məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub.
Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin və Naxçıvan Nazirlər Kabinetinin dəstəyi, Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Həmkarlar İttifaqları Şurasının inzibati binasında baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır, onlara həm maddi, həm də mənəvi dəstək göstərilir. Eyni zamanda uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif mövsümi istirahət düşərgələri təşkil olunur.
Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən uşaq siyasəti nəticəsində cəmiyyətin bütün təbəqələrindən olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Muxtar respublikada da bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov isə vurğulayıb ki, uşaqların rifahı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Onların hüquqlarının qorunması, təhsili, sağlamlığı və sosial müdafiəsi ilə bağlı əhəmiyyətli tədbirlər reallaşdırılır. Bu gün keçirilən tədbir də həmin fəaliyyətlərin mühüm tərkib hissəsidir.
Sonra uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub. Bu təşəbbüs uşaqlar və valideynlər tərəfindən sevinclə qarşılanıb. Onlar göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Tədbir iştirakçıları Naxçıvan Həmkarlar İttifaqları Şurasının xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirdiyi layihələri əks etdirən qısa videoçarxı da izləyiblər.
Qeyd edək ki, muxtar respublikanın digər rayonlarında da analoji tədbirlər keçirilib və ümumilikdə 132 nəfər xüsusi kateqoriyadan olan uşağa məktəbli geyimləri və dərs ləvazimatları, 348 uşağa isə maddi dəstək göstərilib.













Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb