lider-media.az

Bakıda balıq yarmarkası

Baxış: 21144 Tarix: 13-09-2025, 11:26

 Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin tərəfdaşlığı ilə paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb. Yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsinin yaxınlığı) ərazisində təşkil olunub.

Açılış mərasimində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, dövlət qurumlarının nümayəndələri, fermerlər və sahibkarlar iştirak ediblər.

Yarmarkada dünyanın müxtəlif ölkələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.

Burada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunur.

Qeyd edək ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.

Balıq yarmarkası 3 gün davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi