lider-media.az

“Rehabus” layihəsi üzrə 2,2 min nəfər əlilliyi olan şəxsə xidmət göstərilib

Baxış: 211 Tarix: Сегодня, 14:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlilliyi olan 2,2 min şəxsə xidmət göstərilib.

2022-ci ildən icrasına başlanılan layihə Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət  edir.

Layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi