lider-media.az

Bir sıra QHT-lərin saxta orden və medallar verməsi ilə bağlı - Bəyanat

Baxış: 2162 Tarix: 11-09-2025, 12:00

bir-sira-qht-lerin-saxta-orden-ve-medallar-vermesi-ile-bagli

Bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək, ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılmaqdadır.

Bununla bağlı Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə Bəyanat yayıb.

Bildirilib ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.

“Bildiririk ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır”, - deyə Bəyanatda bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi