lider-media.az

Hikmət Hacıyev ABŞ-də

Baxış: 21143 Tarix: 10-09-2025, 10:16

hikmet-haciyev-abs-de-gorusler-kecirdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast ilə görüşüb. Bununla bağlı Azərbaycanın ABŞ-dəki səfirliyi “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşlər zamanı tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-i Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün strateji əhəmiyyətini müzakirə ediblər. Görüşün Azərbaycan-ABŞ münasibətləri və regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev 907-ci düzəlişin ləğvinin vacibliyini qeyd edib və qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi