Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın 2025-ci il 9-17 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olacaq nümayəndə heyəti ilə görüş keçirilib.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin möhkəm dostluğa, qarşılıqlı faydalı əməkdaşlığa və hərtərəfli strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı zəminin mövcud olduğunu diqqətə çatdıran Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpin arasında keçirilən görüşlər, aparılan yüksəksəviyyəli dialoq iki ölkə arasında əməkdaşlığın inkişafına ciddi təkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri və sentyabrın 1-də Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı səsləndirdiyi fikirlər bir daha onu deməyə əsas verir ki, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi ölkələrimizin xarici siyasətinin mühüm istiqamətlərindəndir”.
YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Azərbaycan beynəlxalq miqyasda sülh, təhlükəsizlik və işbirliyinin təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş qlobal təşəbbüsləri dəstəkləyir. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olduğunu xatırladan Tahir Budaqov qeyd edib ki, Azərbaycan bu təşəbbüsün reallaşması istiqamətində praktiki layihələr icra edir: "Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi-ticari, enerji və nəqliyyat-logistika sahələri ilə yanaşı, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını da əhatə edir".Tahir Budaqov qeyd edib ki, qarşılıqlı səfərlər ölkələr və siyasi partiyalar arasında münasibətlərin mövcud durumunun dəyərləndirilməsi və əməkdaşlıq dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan-Çin əlaqələrinin vacib tərkib hissəsi kimi YAP ilə ÇKP arasında münasibətlərin inkişafı xüsusi önəm daşıyır: "Bu əməkdaşlıq çərçivəsində partiyalar arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilir".
YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfər proqramının zəngin olduğunu diqqətə çatdıran Tahir Budaqov qeyd edib ki, bu səfər iki ölkənin hakim partiyaları arasında uğurlu əməkdaşlığın dərinləşdirilməsi, davamlı siyasi dialoqun təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır: “2025-ci il 9-17 sentyabr tarixlərini əhatə edəcək səfər çoxşaxəli əməkdaşlığın tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir”.
Görüşdə iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey nümayəndə heyətini salamlayaraq bildirib ki, Çin–Azərbaycan münasibətləri ardıcıl olaraq inkişaf edir. O, xüsusilə bir neçə gün öncə keçirilmiş yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakının önəmini diqqətə çatdırıb. Səfirin sözlərinə görə, qlobal geosiyasi konyunktura hər iki ölkəyə əməkdaşlıq imkanlarını daha da genişləndirmək üçün əlverişli şərait yaradır: "Son illərdə Azərbaycanla Çin arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edərək əməkdaşlığın dərinləşməsini şərtləndirib. Azərbaycanın tranzit-logistika imkanları, neft-qaz sektorundakı zəngin təcrübəsi və bərpaolunan enerji sahəsində böyük potensialı Çin tərəfinin xüsusi maraq dairəsindədir".
Səfir YAP nümayəndə heyətinin səfər zamanı Çində dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində yeniliklər və partiya quruculuğu təcrübəsi ilə ətraflı şəkildə tanış olmaq imkanının yaradılacağını da əlavə edib.
Səfərin uğurlu keçəcəyinə inamını ifadə edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov nümayəndə heyətinə müvafiq tövsiyə və tapşırıqlarını verib.


Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?