lider-media.az

7 sentyabr – Mavi Səma üçün Təmiz Hava Günü

Baxış: 241 Tarix: Сегодня, 11:32

BMT tərəfindən 2019-cu ildə təsis olunmuş “Mavi səma üçün təmiz hava günü” hər il 7 sentyabr tarixində qeyd olunur. Bu günün əsas məqsədi – təmiz havanın insan sağlamlığı, ekosistemlər və iqlim üçün nə qədər vacib olduğunu dünyaya xatırlatmaqdır.
Niyə təmiz hava vacibdir?
Təmiz hava – sağlam həyat deməkdir. Hava çirkliliyi isə bu gün dünyanın üzləşdiyi ən böyük ekoloji sağlamlıq riski sayılır. Çirklənmə qadınlara, uşaqlara və yaşlılara daha çox təsir göstərir, ekosistemlərə isə uzunmüddətli zərər vurur. Hava keyfiyyətinin yaxşılaşdırılması həm də iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verir.
Sən də töhfə ver!
Bu gün hər kəs sadə addımlarla daha təmiz hava üçün dəstək göstərə bilər:
- Piyada gəzmək
- Velosiped sürmək
- İctimai nəqliyyatdan istifadə etmək
- Elektrik avtomobillərə üstünlük vermək
- Enerjiyə qənaət etmək
- “Mavi səma üçün velosipedlə!”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Apar komandasının təşəbbüsü ilə bu gün münasibətilə “Mavi səma üçün velosipedlə!” çağırışı elan olunub. Hər kəs 6–7 sentyabr tarixlərində işə və ya istirahətə velosipedlə gedərək bu anı sosial şəbəkələrdə paylaşmağa dəvət olunur.

Gəlin birlikdə daha təmiz hava, sağlam həyat və mavi səma üçün addım ataq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi