lider-media.az

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Baxış: 3135 Tarix: 8-09-2025, 11:24

Hörmətli xanım Prezident,

Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş münasibətlərimiz, səmərəli birgə fəaliyyətimiz ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir. Mart ayında Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinə yeni təkan verdi.

Bu gün dövlətlərarası əməkdaşlığımızın bir sıra sahələrdə daha da dərinləşməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoqumuz bunun üçün yaxşı zəmin yaradır.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi