lider-media.az

Vəkillərə “Müflisləşmə və iflasın hüquqi əsasları, təcrübə və tətbiq qaydaları” mövzusunda təlim təşkil olunub

Baxış: 212 Tarix: 8-09-2025, 09:42

Sentyabrın 6-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Müflisləşmə və iflasın hüquqi əsasları, təcrübə və tətbiq qaydaları” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı, hüquqi əhəmiyyəti ilə bağlı məqamları qeyd edib. Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili, Ləğvetmə Agentliyinin direktoru Vüsal Kazımzadə müflisləşmə hallarının hüquqi qiymətləndirilməsi, iflas zamanı müştəri - borclu münasibətləri, məhkəmələrdə müflisləşmə və iflas məsələlərinin həlli, o cümlədən mövzu üzrə yerli və beynəlxalq təcrübə barədə ətraflı çıxış edib.

Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb, praktikada olan müxtəlif məsələlər müzakirə olunub. Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Qeyd edək ki, təlimdə 91 vəkil iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi