lider-media.az

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Türkiyədən olan şəhid ailələri ilə görüş keçirilib

Baxış: 213 Tarix: Сегодня, 12:19

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizə səfərə gəlmiş Türkiyənin şəhid ailələri üzvləri və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.

Onlar Mərkəzin foyesində əl işlərindən ibarət sərgiyə baxıb, studiyalarda yaradıcılıq prosesini izləyiblər. Mərkəz üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub.

Daha sonra qonaqlarla görüş keçirilib. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev ölkəmizdə şəhid ailələri və  müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Bu kateqoriyalara aid vətəndaşlar üçün həyata keçirilən sosial dəstək proqramları, reabilitasiya xidmətləri, məşğulluq tədbirləri qeyd olunub. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Qeyd olunub ki, Mərkəz və filallarında həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarının yaradıcı potensialının inkişafı üçün işlər aparılır.  Onlar sosial-psixoloji dəstək tədbirlərinə də cəlb olunurlar.

Görüşdə şəhid ailələrinin, qazilərin sosial müdafiəsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi