lider-media.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Apar komandasının birgə təşkilatçılığı ilə 7 sentyabr – Mavi Səma üçün Təmiz Hava Günü münasibətilə çağırış edilir

Baxış: 211 Tarix: Вчера, 20:48


Hər kəsi 6–7 sentyabr tarixlərində istirahətə və ya işə gedərkən yolunu velosipedlə qət etməyə və bu anı sosial şəbəkələrdə paylaşmağa dəvət edirik.

Necə qoşulmaq olar?
- 6-7 sentyabr tarixlərində yolunuzu velosipedlə qət edin
- Öz fotonuzu və ya qısa videonuzu çəkin
- Paylaşım zamanı #Mavisəma #Təmizhava #VelosipedləGəl həştəqlərindən istifadə edin
- Dostlarınızı da challenge-ə qoşulmağa dəvət edin

Qaliblər seçiləcək:
- Ən kreativ paylaşım
- Ən çox dostunu challenge-ə qoşan iştirakçı (dostunun adını qeyd etməklə)
- Ən çox bəyənmə alan paylaşım

Qaliblərə 1 aylıq "Yaşıl30" abunəlik paketi, “Azərbaycan təbiəti” kitabı və müxtəlif simvolik ekoloji hədiyyələr təqdim olunacaq.

Bu təşəbbüsün əsas məqsədi təmiz hava, sağlam həyat tərzi və ekoloji nəqliyyat vasitələrinin istifadəsini təşviq etməkdir. Gəlin, birlikdə daha təmiz hava və daha sağlam gələcək üçün pedal çevirək!

Qeyd edək ki, Mavi Səma üçün Təmiz Hava Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2019-cu ildə təsis edilib. Bu gün hər il sentyabrın 7-də qeyd olunur və təmiz havanın insan sağlamlığı, ekosistemlər və iqlim üçün nə qədər vacib olduğunu vurğulamaq məqsədi daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi