lider-media.az

FHN-in Muğan Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirib

Baxış: 212 Tarix: Сегодня, 16:34

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr oluna “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nin elan olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi respublikamızın bütün ərazilərində bərqərar olub.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir.

Natiqlər, həmçinin vurğulayıblar ki, Konstitusiyamızın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, xalqımızn firavanlığının təmin olunması ilə bağlı Konstitusiyamızda əks olunmuş müddəalar Dahi Rəhbərin mütərəqqi siyasi kursunun layiqli davamçısı cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində yüksək səviyyədə reallaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi