lider-media.az

"Rebuild Karabakh 2025" sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən sahibkarlar üçün ödənişsiz stend təklif edilir

Baxış: 243 Tarix: 4-09-2025, 15:09

   



Oktyabrın 14-16 tarixlərində Bakı EkspoMərkəzində 5-ciYubileyAzərbaycanBeynəlxalqQarabağınBərpa, Yenidənqurmavə İnkişafı Sərgisi ("RebuildKarabakh 2025") keçiriləcək.


XQ-yə KOBİA-dan verilən məlumata görə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarının genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi stendlə təmsil olunacaq.


Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB subyektləri 1 oktyabr 2025-ci il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər:.


Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi bu il öz yubileyini qeyd edəcək. Builki sərgi informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, kənd təsərrüfatı, qida sənayesi, kimya, mədən sənayesi, nəqliyyat, yol tikintisi və infastrukturu kimi bölmələrdən ibarət olacaqdır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi