lider-media.az

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Baxış: 21221 Tarix: 4-09-2025, 14:58

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdə birgə layihələr, qarşılıqlı investisiyalar və tərəfdaşlığın inkişaf perspektivləri dəyərləndirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə onlayn formatda görüşüb.

Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Qeyd olunub ki, bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” ticarətin asanlaşdırılmasında, iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq.

Tərəflər həyata keçirilən birgə layihələr, energetika üzrə tərəfdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi