Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Konfederasiya sədri Sahib Məmmədov müxtəlif sahələr üzrə dinamik inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışıb, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin mühüm rolunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin və imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs edən Konfederasiya sədri üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, əməyin mühafizəsi, layiqli iş şəraitinin təmin edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində önəmli yeniliklər tətbiq olunub, əlçatanlıq, növbəlilik və şəffaflığın təmin olunması məqsədilə yollayışların verilməsi prosesi elektronlaşdırılıb.
Görüşdə həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin genişlənməsində Əməkdaşlıq Memorandumunun əhəmiyyəti vurğulanıb, birgə layihələrin, maarifləndirici təlimlərin təşkilinin, qarşılıqlı təcrübə mübadiləsinin önəmi qeyd olunub.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, qurumun Əmək Müfəttişliyinin rəisi Kobilyon Kirgizalıyev iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsindən bəhs edib, əlaqələrimizin uğurla inkişaf edərək dərinləşdiyini deyib. Kobilyon Kirgizalıyev Özbəkistanda əmək hüquqlarının qorunması istiqamətində atılan addımlardan, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şəraitdən danışıb. Qeyd olunub ki, Özbəkistan həmkarlar ittifaqları nümayəndələrinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında əməyin mühafizəsi, təhlükəsiz iş şəraiti və digər məsələlər üzrə iştirak etdikləri təlim, aparılan fikir və təcrübə mübadiləsi gələcək fəaliyyət üçün faydalı olacaq.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının Təkmilləşdirmə İnstitutunun rektoru İrkin Umaraxunov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib, tələbə və təcrübə mübadiləsinin, eləcə də birgə təlimlərin təşkilinin önəminə diqqət çəkib.
Görüşdə əlaqələrin inkişafına dair müzakirələr aparılıb, təkliflər səslənib, təşəbbüslər irəli sürülüb.
Sonra Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri AHİK-də Çağrı Mərkəzi, eləcə də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə tanış olublar.






Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb