lider-media.az

Əlilliyi olan şəxslər üçün yoqa və səs terapiyası təşkil olunub

Baxış: 21318 Tarix: 3-09-2025, 13:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında “Ruhun səyahəti” adlı yoqa və səs terapiyası təşkil olunub.

Tədbirə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən mərkəzlərdə reabilitasiya xidmətinə cəlb edilmiş 30 nəfərdən çox əlilliyi olan şəxs qatılıb.

Yoqa təlimini  Qafar Qənizadə və səs terapiyasını isə İlhamə Babayeva həyata keçirib. Yoqa ilə müntəzəm məşğul olmaq emosional fona, stresə davamlılığa, dayaq-hərəkət aparatının və qan dövranı, ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Bu baxımdan yoqa təlimləri alternativ reabilitasiya metodu kimi mərkəzlərdə davamlı olaraq həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi