lider-media.az

Azərbaycanın ilk Milli Qəhrəmanının doğum günüdür

Baxış: 24107 Tarix: 2-09-2025, 12:16


Bu gün Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Valeh Müslümovun şəhid olmasından 33 il ötür. Mənfur düşmənlərimizin xalqımıza, dövlətimizə qarşı əsassız torpaq iddiaları nəticəsində alovlanan Dağlıq Qarabağ müharibəsində ürəyi Vətən eşqi ilə döyünən minlərlə igid oğullarımız kimi Valeh də torpaqlarımızın müdafiəsinə qalxmışdı. Valeh Əlizahid oğlu Müslümov 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olmuşdur. 1983-cü ildə Lerik şəhər 2 saylı orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhər 17 saylı peşə məktəbinə daxil olmuşdur. Valeh burada təhsil aldığı zaman həm də idmanla məşğul olmuşdur. Əmək fəaliyyətinə tikinti trestində başlamışdır. 1986–1988-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1988-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən Sumqayıt şəhərinə qayıdır. 1991-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. O, Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində döyüşlərdə iştirak edir. Füzuli rayonunda döyüş əməliyyatlarının birində düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarının cəsədlərini götürmək üçün həyatını riskə atır. Döyüşdə öz cəsurluğu, qorxmazlığı və igidliyi ilə hamının məhəbbətini qazanan Valeh Müslümov 1992-ci ilin aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan kəndi uğrunda gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Düşmənlə qeyri-bərabər döyüşdə şəhid olan və yaralanan 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya aparmışdır. O, axırıncı yoldaşını xilas edərkən aldığı ağır yaradan şəhidlik zirvəsinə ucalmışdır. Valeh 20 il öncə – 1992-ci il aprelin 10-da uğrunda canını belə əsirgəmədiyi Vətən torpağında torpağa tapşırıldı.


Onun bu igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də məhz Valeh Müslümov olmuşdur.


Şəhid olmasından 33 il keçməsinə baxmayaraq, onun xatirəsi həmişə qəlbimizdədir. Onun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Lerik şəhərinin küçələrindən birinə və təhsil aldığı orta məktəbə onun adı verilmiş, büstü ucaldılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün bütün şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olan insanlara yüksək qayğı göstərilir, onların sosial-məişət problemlərinin həllinə nail olmaq üçün kompleks tədbirlər həyata keçirilir. Hər il onlarla çoxmənzilli binalar, fərdi yaşayış evləri tikilib onların istifadəsinə verilir. Hər bir şəhid ailəsinə xüsusi təqaüd təyin olunmuş, hər birinin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər bu gündə davam etdirilir.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi