lider-media.az

Son bir ayda özünüməşğulluq proqramının dəstəyi ilə 2 mindən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Baxış: 214 Tarix: 1-09-2025, 17:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Ötən ay paytaxt və regionlarda daha 2050 nəfər işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunan şəxslər ilk mərhələdə təlimlərə cəlb edilir. Onlar bu təlimlərdə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnirlər.

Təlimləri uğurla bitirən proqram iştirakçıları aktivlərlə təmin olunurlar.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi