lider-media.az

İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub

Baxış: 31321 Tarix: 1-09-2025, 13:01

İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi