lider-media.az

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə yaradılmış Sağlam həyat tərzi üzrə Alt İşçi qrupunun növbəti iclası keçirilib

Baxış: 212 Tarix: 31-08-2025, 15:07

Cari ilin 29 avqust tarixində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə yaradılmış Sağlam həyat tərzi üzrə Alt İşçi qrupunun ikinci iclası keçirilib.

A man in a suit participates in a virtual meeting, viewing multiple attendees on a computer screen. The setting is a modern conference room.
A virtual meeting with multiple participants displayed in a grid format, featuring individuals in professional attire.

İclasda Alt İşçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev giriş sözü ilə çıxış edərək qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” uğurla icra olunmaqla ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm zəmin yaradıb. Nazir bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Strategiyanın indiyədək icrası üzrə cari dövrdə əldə olunan nəticələr və təcrübələr nəzərə alınaraq, ölkədə sağlam həyat tərzinin təşviqi istiqamətində görüləcək tədbirlərin gələcək illərdə də vahid strateji çərçivəyə salınmasının vacibliyini vurğulayıb.

“Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 30 may tarixli müvafiq Sərəncamının icrası məqsədilə “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın aidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün yaradılmış “Sağlam həyat tərzi” üzrə Alt İşçi qrupu öz fəaliyyətini intensiv şəkildə davam etdirir”, - deyə nazir əlavə edib.
İşçi qrupunun rəhbəri, həmçinin vurğulayıb ki, növbəti illər üçün hazırlanacaq strategiyada müasir dövrün reallıqları və qlobal trendlər nəzərə alınaraq, gələcəkdə tətbiqi daha effektiv nəticələr verən tədbirlər öz əksini tapacaqdır.

Tədbirdə Alt İşçi qrupunun üzvlərinin təklifləri əsasında hazırlanmış sənəd layihəsinin ilkin təqdimatı keçirilib.

İşçi qrupunun üzvləri tərəfindən sözügedən təkliflərə dair müzakirələr aparılmaqla, müəyyən məqamlara aydınlıq gətirilib, fəaliyyət istiqamətləri və aidiyyəti tədbirlər müəyyənləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi