lider-media.az

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova

Baxış: 34189 Tarix: 31-08-2025, 11:46

Hörmətli Sadır Nurqojoyeviç,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizin rəhbərliyiniz altında qardaş Qırğızıstanda genişmiqyaslı quruculuq işləri və islahatlar həyata keçirilərək sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlar əldə olunmuşdur.Ortaq mənəvi dəyərlər və tarixi-mədəni köklər ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf dinamikası məmnunluq doğurur.
Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində əzmimizin bariz təzahürüdür.Əminəm ki, dostluq və qardaşlıq əlaqələrimizin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi daha da genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi