
Bu gün Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin çox önəmli səhifələrindən biri, 30 avqust zəfər bayramı günüdür. Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qətiyyətli mübarizə aparıb. Sülhsevər, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçib və onların uğrunda ölüm-dirim savaşına qalxıb. Bu savaşların gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə öz tarixinə yeni səhifələr yazıb. Bu səhifələri vərəqlədikcə qəhrəman türk millətinin yurd, torpaq sevgisi ilə alışıb-yandığına, vətənpərvərliyinə, döyüşkənliyinə bir daha şahid olursan. Türk ordusu dedikdə, ilk öncə gözlərimizin önündə yurdsevər, vətənsevər, millətsevər, bayraqsevər, ürəyində Vətən sevgisi alışıb yanan yüksək nizam-intizamlı, qüdrətli bir ordu canlanır.
Türk tarixi zəfərlərlə zəngindir. Bu zəfərlər sırasında ən önəmli yer tutan və 30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşıdır. Bu savaş türk millətinin yenidən dirçəlişi günü kimi tarixə yazılıb. Bu savaş Anadolu torpaqlarının "Türk Vətəni" olduğunu bir daha düşmənlərə sübut edib. Qurtuluş savaşının yekunu olan və o zaman türk ordularının baş komandanı Mustafa Kamal Paşanın şəxsən rəhbərlik etdiyi böyük hücumun son günü - yəni 1922-ci il avqustun 30-u Baş Komandanlıq müharibəsi adını da alıb. Bu zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Ankara, Afyon Karahisar və İzmirdə böyük təntənə ilə bayram edilib. İlk dəfə 1924-cü il avqustun 30-da Dumlupınarda Çal kəndi yaxınlığında Türkiyə Cümhuriyyətinin ilk Prezidenti Mustafa Kamal Paşanın da qatıldığı bir törəndə bu qələbə Baş Komandan zəfəri adı ilə bayram edilib. 1926-cı ildən etibarən bu bayram Zəfər bayramı kimi qeyd olunur. Rəsmən 1935-ci ilin mayında qəbul olunmuş qanunla Zəfər bayramı elan olunub və hər il bütün yurdda şənliklərlə qeyd olunur.
1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirirlər, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur.
30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?