lider-media.az

Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 68 tədbir keçirilib

Baxış: 211 Tarix: 29-08-2025, 17:19

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən “Əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili” layihəsi üzrə maarifləndirici tədbirlərin icrası davam edir. Ötən ay respublikanın müxtəlif şəhər və rayonlarında keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə hər birində 40 nəfər olmaqla, 68 tədbir keçirilib. Tədbirlər üç əsas istiqaməti əhatə edib. Bunlar, hədəf icmaların və benefisiar alt-hədəf qrupların yarı-struktur müsahibələr, seminarlar, müzakirələr yolu ilə ehtiyaclarının müəyyən edilməsi, icma iştirakçılığı, gender mövzusunda seminarların təşkili və hədəf icmaların dayanıqlığının təmin edilməsi, gücləndirilməsi üçün vacib olan icma əsaslı strukturların yaradılmasıdır. Dövlət Komitəsinin bu istiqamətdə tədbirləri davam etdiriləcək. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi