lider-media.az

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyindən Füzulidə stomatoloji aksiya

Baxış: 21159 Tarix: 29-08-2025, 16:18

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici tədbirləri davam etdirir.

Növbəti belə aksiya avqustun 29-da Füzuli şəhərində keçirilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim briqadası tərəfindən yerli əhalinin müayinələri aparılıb. Eyni zamanda, yerli əhali ilə yanaşı, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağın dirçəlişində fəaliyyə göstərən mütəxəssislər üçün stomatoloji müayinələr və konsultasiyalar təşkil edilib.

Aksiyanın əsas məqsədi sakinlərin tam ağız boşluğunun vəziyətinin qiymətləndirilməsi, müxtəlif stomatoıoji patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub.

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin başçılığı ilə klinikanın bir qrup həkim briqadası, o cümlədən stomatoloq-terapevt, stomatoloq-ortodont, stomatoloq-ortoped, stomatoloq-cərrah və uşaq stomatoloqu tərəfindən əhalinin ətraflı müayinəsi aparılıb.

Ümumilikdə, aksiya zamanı 100-ə yaxın vətəndaş tibbi müayinədən keçib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış”a dəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olan tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi