lider-media.az

“RehaPoint” Məntəqəsində 2,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Baxış: 21322 Tarix: 29-08-2025, 11:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsində reabilitasiya xidmətlərini davam etdirir.

2023-cü ilin dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 2,7 min şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar.

Məntəqədə əlilliyi olan 300-ə yaxın şəxsə isə ehtiyaclarına uyğun olaraq 1600-dən çox reabilitasiya vasitəsi verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi