lider-media.az

Koreya nümayəndə heyəti ilə görüş keçirilib

Baxış: 21168 Tarix: 29-08-2025, 10:39

Koreya Respublikası ilə torpaqların idarəedilməsi və kadastrı sahələrində əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Koreya Torpaq və Geoməkan İnformatika Korporasiyasının (LX) və “Wavus” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri, torpaqların səmərəli idarəedilməsi, kadastr sistemindəki texnoloji imkanlar və milli məkan məlumatları sahəsindəki yeniliklər müzakirə edilib.

Tərəflər sözügedən sahələrdə təcrübə və informasiya mübadiləsinin aparılması və digər potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi