lider-media.az

Uqanda ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Baxış: 28540 Tarix: 28-08-2025, 17:07

İqtisadiyyat Nazirliyində Uqandanın xarici işlər üzrə dövlət naziri ilə keçirilən görüşdə qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişafı müzakirə edilib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba ilə görüşüb.

Görüşdə hər iki ölkənin qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb. İqtisadi münasibətlərin genişləndirilməsi, işbirliyi və investisiya imkanlarının araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Enerji, kənd təsərrüfatı, mineral ehtiyatlar sahəsində birgə fəaliyyət imkanları, o cümlədən işgüzar dairələr arasında əlaqələrin qurulması məqsədilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi