Xalqımız 79 ildir ki, faşizm üzərində qələbəni böyük ehtiramla qeyd edir.
İllər keçsə də, müharibənin ağrı-acıları unudulmur, nəsillərin yaddaşında əbədi yaşayır.
Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya
müharibəsində yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu
Qələbə uğrunda can qoymuşdur. 1941-1945-ci illərdə respublikanın 700 mindən çox
oğlan və qızları cəbhəyə yola salınmışdır. Azərbaycanlı çağırışçı və könüllülərdən
formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci milli atıcı diviziyaları Qafqazdan
Berlinədək şanlı döyüş yolu keçərək, qəhrəman övladlarımız Moskva, Leninqrad,
Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış
məntəqəsinin düşməndən azad edilməsi uğrunda rəşadətlə döyüşmüşlər. 170 mindən
çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt
Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi.
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə
veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb
və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Ulu öndər 1995-ci
ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: “Bu qələbənin
çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan
Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm
amillərdən biri olmuşdur”.
İllər keçsə də bu qələbənin mahiyyəti və tarixi əhəmiyyəti bütün dünya üçün böyük məna kəsb edir.
Tarixi qələbədə Azərbaycanın, onun övladlarnın rolu əvəzsiz olmuşdur. MüharibədəAzərbaycanın oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsizşücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir vəbugünki=ü nəsillər üçün daim örnək olaraq qalacaqdır. Azərbaycan xalqının İkinci DünyaMüharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu saydakitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələrucaldılmış, onların adları əbədiləşdirilmişdir.
Faşizm üzərində qələbə münasibətilə böyük şairimiz Səməd Vurğunun qələmə aldığı aşağıdakı misraları yada düşür:
"Yazılsın tarixə qızıl hərflərlə,
1945-ci ilin 9 may günü".
Lider-media.az