lider-media.az

Sosial Xidmətlər Agentliyi daha 26 məhkumun qiymətləndirməsini aparıb

Baxış: 24134 Tarix: 25-08-2025, 19:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası məqsədilə daha iki cəzaçəkmə müəssisəsində görüşlər keçirib.

Penitensiar xidmətin Umbakı penitensiar kompleksində və İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza müddətinin sonuna az qalmış məhkumlarla keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlar verilib. Cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası məqsədilə aparılan işlər qeyd edilib.

Vurğulanıb ki, həmin şəxslərin ailələrinə səfərlər təşkil olunur, aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq onlar sosial-psixoloji, həmçinin digər sosial xidmətlərə cəlb edilirlər.  

Qeyd olunan cəzaçəkmə müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı cəzasının başa çatmasına üç ay müddət qalmış 26 məhkumun qiymətləndirilməsi aparılıb. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

Bu görüşlər Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq davamlı həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi