Bu il 2 abituriyent - Orxan Abdulsəmədli və Sona Nurməmmədli qəbul imtahanında 700 bal toplayıblar. AzEdu.az ixtisas seçiminin nəticələri ilə bağlı hər iki tələbə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
Orxan Abdulsəmədli Azərbaycan Tibb Universitetinin Müalicə işi (tədris ingilis dili üzrə) ixtisasına qəbul olub: "Maksimum nəticə göstərdiyim üçün ali məktəbə qəbul olacağımı bilirdim. Yəni ixtisas seçiminin nəticələri mənə sürpriz olmadı.
Ailə üzvlərimlə sevincimi bölüşdüm. Tələbə adını qazanmaq çox gözəl hissdir. Çox sevindim. Təhsilimi davam etdirib peşəkar həkim olmaq istəyirəm".
700 bal toplayan digər tələbə Sona Nurməmmədli Azərbaycan Tibb Universitetinin (ATU) Tibb ixtisasına qəbul olduğunu bildirib:
"Əslində 9-cu sinifdən sonra valideynlərimin və müəllimlərimin dəstəyi ilə ixtisasımı müəyyənləşdirmişdim. Tibb ixtisası üzrə təhsil almaq qərarına gəldim.Həmçinin bu sahəyə özümündə böyük marağım var.
700 bal topladığımı öyrəndiyim an keçirdiyim sevinc hislərini dünən bir daha yaşadım. Həddən artıq çox sevindim. Ailə üzvlərim də təbii ki, çox sevindilər.
İlk növbədə ali təhsilimi mükəmməl şəkildə almaq istəyirəm. Daha sonra rezidentura təhsilini isə xaricdə davam etdirməyi düşünürəm. Lakin bu barədə tam dəqiq qərar verməmişəm. Vətənimə layiqli savadlı kadr olmaq istəyirəm.
Abituriyentlərə tövsiyə edirəm ki, çətinliklərə baxmayaraq heç vaxt məqsədlərindən dönməsinlər. Təbii ki, bu yol onlara çətin görünə bilər. Amma əsas odur ki, qarşılarında məqsədləri olsun. Mütləq sistemli şəkildə çalışsınlar.
Həmçinin istirahətlərini də vaxt ayırsınlar".


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb