lider-media.az

Qubada “Qida məhsullarının daşınma və saxlanma qaydaları” mövzusunda təlim keçirilib

Baxış: 21122 Tarix: 22-08-2025, 20:58

Qubada  “Qida məhsullarının daşınma və saxlanma qaydaları” mövzusunda təlim keçirilib

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində Quba Regional Təlim Mərkəzində “Qida məhsullarının daşınma və saxlanma qaydaları” mövzusunda təlim keçirilib.

Tədbirdə fermerlər, sahibkarlar və qida sektorunda fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Təlimin əsas məqsədi qida məhsullarının təhlükəsiz və standartlara uyğun daşınması, saxlanması, qablaşdırılması və etiketlənməsi ilə bağlı iştirakçıların bilik və bacarıqlarının artırılması olub. Tədbirdə qeyd olunan mövzu üzrə iştirakçılara bilgilər verilib. Sonra iştirakçılar soyuducu anbara səfər edərək məhsulların daşınma və saxlanma prosesini əyani şəkildə izləyiblər. Burada onlara qablaşdırma və etiketləmə qaydaları, məhsulların soyuducu şəraitdə düzgün yerləşdirilməsi və daşınma zamanı temperaturun qorunması ilə bağlı praktiki nümunələr göstərilib.

Təlim çərçivəsində həmçinin qida məhsullarının daşınması zamanı rast gəlinən risklər, onların qarşısının alınması üsulları və beynəlxalq bazarlara çıxış üçün tələb olunan keyfiyyət standartları barədə də məlumat verilib.

Sonda qeyd olunub ki, bu cür təlimlər qida təhlükəsizliyi mədəniyyətinin formalaşmasına, istehsal və satış zəncirində iştirak edən fermer və sahibkarların fəaliyyətində müasir yanaşmaların tətbiqinə mühüm töhfə verir. İştirakçılar təlimin faydalı olduğunu bildirərək gələcəkdə bu istiqamətdə daha çox praktiki məşğələlərin təşkil olunmasının vacibliyini vurğulayıblar.

 53


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi